Address: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 50b
About Us

Bani Seminariyası

Bani Seminariyası olaraq missiyamız ənənəvi təhsil dəyərlərini müasir biliklərlə birləşdirərək təhsil sahəsinə öz imzamızı atmaqdır. Peşəkar müəllim heyətimizin dərin biliyi və daima öyrənməyə olan həvəsi sayəsində hər bir tələbəmizə fərqli yanaşma təqdim edirik.

Hər il abituriyent, buraxılış, MİQ hazırlığı və şəxsi inkişaf istiqamətlərində yüzlərlə gənc bizi seçir. Çünki bizdə təhsil alan şagirdlər yalnız bilik qazanmır, həm də gələcək təhsil və karyera yolunda özünəməxsus dəst-xətlərini formalaşdırırlar.

İmzalar içində öz imzanızı yaratmaq istəyirsinizsə ,doğru yoldasınız.

Tariximiz

Biz 2010-cu ildə Göygöl şəhərindəki Balçılı filialımızla fəaliyyətə başladıq. İlk günlərdən qarşımıza qoyduğumuz məqsəd daha çox filial ilə qüsursuz fəaliyyat göstərmək, hər tələbənin həyatına xoş toxunuşlar etmək üçün onlara daha yaxın olmaq idi. Bu səbəblə filial sayımızı artıraraq Göygöldə digər filialımızı açdıq. Daha sonra Gəncədə 2, Şəmkirdə bir filialımızı da istifadəyə verərək ölkəmizin təhsil sektoruna 5 filial ilə peşəkar töhfələrimizi verməyə davam etdik. Yaxın gələcəkdə isə ölkəmizin hər yerində uğurlu Bani məzunlarının sayını artırmaq üçün çoxsaylı filiallarımızla xidmət göstərəcəyik.

Missiya və məqsədimiz

Davamlılıq – Fəaliyyətə başladığımız gündənn etibarən yüksək keyfiyyətli təhsil və təlim verməyə davam edirik.

Yenilikçilik – Müasir elmin bütün imkanlarından faydalanaraq yeni üsulları sınamaqdan və uğurlu olanları tətbiq etməkdən çəkinmirik.

İrəliləmək - Uğura gedən yolun yalnız irəli addım atmaqla başladığına inanırıq.

Gələcəyə baxışımız

Gələcəkdə fəaliyyətimizi daha da genişləndirmək, vətənimizin hər guşəsində maarifçiliyi təbliğ etmək məqsədimizdir.

10000

We serve more than applicants!

12

years of educational experience

100%

our graduates get the title of student!

Bani Seminariyası 💙 Sizin təhsil bələdçiniz!

İllərdir idarə və müəllim heyətimizlə birgə Azərbaycan maarifçilik ənənələrini yaşatmaq, gələcəyin uğurlu, savadlı və vətənpərvər peşəkarlarını yetişdirmək üçün çalışırıq. Bu yolda mayakımız elm, kompasımız isə dürüst vicdanımızdır! Bani Seminariyası – Sizin təhsil bələdçiniz!

Bünyad Balakişiyev