Bani Seminariyası olaraq missiyamız ənənəvi təhsil dəyərlərini müasir biliklərlə birləşdirərək təhsil sahəsinə öz imzamızı atmaqdır. Peşəkar müəllim heyətimizin dərin biliyi və daima öyrənməyə olan həvəsi sayəsində hər bir tələbəmizə fərqli yanaşma təqdim edirik.
Hər il abituriyent, buraxılış, MİQ hazırlığı və şəxsi inkişaf istiqamətlərində yüzlərlə gənc bizi seçir. Çünki bizdə təhsil alan şagirdlər yalnız bilik qazanmır, həm də gələcək təhsil və karyera yolunda özünəməxsus dəst-xətlərini formalaşdırırlar.
İmzalar içində öz imzanızı yaratmaq istəyirsinizsə ,doğru yoldasınız.
Bani Seminariyası olaraq biz hər bir tələbəyə öz potensialını göstərən, onu maksimum dərəcəyə çatdırmağa kömək edən təhsil müəssisəsiyik. Bizim missiyamız tələbələrimizə bilik, bacarıq, əyləncəli anlar və dəyərlər vermək, onları uğurlu, özgüvənli, cəmiyyətdə xüsusi yeri olan şəxsiyyətlər kimi yetişdirməkdir.
Davamlılıq – Fəaliyyətə başladığımız gündənn etibarən yüksək keyfiyyətli təhsil və təlim verməyə davam edirik.
Yenilikçilik – Müasir elmin bütün imkanlarından faydalanaraq yeni üsulları sınamaqdan və uğurlu olanları tətbiq etməkdən çəkinmirik.
İrəliləmək - Uğura gedən yolun yalnız irəli addım atmaqla başladığına inanırıq.
Gələcəkdə fəaliyyətimizi daha da genişləndirmək, vətənimizin hər guşəsində maarifçiliyi təbliğ etmək məqsədimizdir.
çox abituriyentə xidmət edirik!
illik təhsil sahəsində təcrübə
məzunlarımız tələbə adı qazanır!
“
İllərdir idarə və müəllim heyətimizlə birgə Azərbaycan maarifçilik ənənələrini yaşatmaq, gələcəyin uğurlu, savadlı və vətənpərvər peşəkarlarını yetişdirmək üçün çalışırıq. Bu yolda mayakımız elm, kompasımız isə dürüst vicdanımızdır!
Bani Seminariyası – Sizin təhsil bələdçiniz!
Bünyad Balakişiyev