Адрес: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 50b
О нас

Bani Seminariyası

Bani Seminariyası olaraq missiyamız ənənəvi təhsil dəyərlərini müasir biliklərlə birləşdirərək təhsil sahəsinə öz imzamızı atmaqdır. Peşəkar müəllim heyətimizin dərin biliyi və daima öyrənməyə olan həvəsi sayəsində hər bir tələbəmizə fərqli yanaşma təqdim edirik.

Hər il abituriyent, buraxılış, MİQ hazırlığı və şəxsi inkişaf istiqamətlərində yüzlərlə gənc bizi seçir. Çünki bizdə təhsil alan şagirdlər yalnız bilik qazanmır, həm də gələcək təhsil və karyera yolunda özünəməxsus dəst-xətlərini formalaşdırırlar.

İmzalar içində öz imzanızı yaratmaq istəyirsinizsə ,doğru yoldasınız.

Bizim tariximiz

Bani Seminariyası 2010-cu ildə təcrübəli təhil işçisi Bünyad Balakişiyev tərəfindənn təsis edilib. Adında gələcəyin banilərini yetişdirmə hədəfini ehtiva edən seminariyamız Azərbaycanın maarifçilik ənənələrini davam etdirir. Fəaliyyətimizə Balçılı filialımızla başlamışıq. Hazırda ölkənin ikinci ən böyük şəhəri Gəncədə də olmaqla, 5 müxtəlif fillialımız fəaliyyət göstərir. Hər il yüzlərlə şagird, abituriyent, müəllim, təhsil işçisi və fərdi şəxslər kurs və təlimlərimizdən faydalanır.

Missiya və məqsədimiz

Davamlılıq – Fəaliyyətə başladığımız gündənn etibarən yüksək keyfiyyətli təhsil və təlim verməyə davam edirik.

Yenilikçilik – Müasir elmin bütün imkanlarından faydalanaraq yeni üsulları sınamaqdan və uğurlu olanları tətbiq etməkdən çəkinmirik.

İrəliləmək - Uğura gedən yolun yalnız irəli addım atmaqla başladığına inanırıq.

Gələcəyə baxışımız

Gələcəkdə fəaliyyətimizi daha da genişləndirmək, vətənimizin hər guşəsində maarifçiliyi təbliğ etmək məqsədimizdir.

10000

Мы обслуживаем больше, чем заявителей!

12

лет педагогического опыта

100%

наши выпускники получают звание студента!

Bani Seminariyası 💙 Sizin təhsil bələdçiniz!

İllərdir idarə və müəllim heyətimizlə birgə Azərbaycan maarifçilik ənənələrini yaşatmaq, gələcəyin uğurlu, savadlı və vətənpərvər peşəkarlarını yetişdirmək üçün çalışırıq. Bu yolda mayakımız elm, kompasımız isə dürüst vicdanımızdır! Bani Seminariyası – Sizin təhsil bələdçiniz!

Bünyad Balakişiyev